Vakansiyalar

Xüsusi karyera maraqlarına uyğun iş tapmaq üçün aşağıdakı axtarış formasından istifadə edin.

Məzunların işə qəbulu

Şirkətimiz artıq iki aydir ki “Graduate Recruitment” Proqramına start verib. Bu proqram çərçivəsində karyerasını kənd təsərrüfatı, mühəndislik, biznes, təchizat və ticarət sahəsində başlamaq istəyən savadlı gənclər üçün bir fürsətdir.     

 “Agro Dairy” MMC öyrənməyə can atan, uğur qazanmaq əzmində olan, mükəmməl ideyaların meydana çıxa biləcəyi bir yeni mühitdə işləməyə maraq göstərən istedadlı məzunlar axtarışındadır. Məqsədimiz Azərbaycanın ən yaxşı istedadlarını işə cəlb etməkdir.

Tələblərimiz:

• Komanda yönümlü, problem həll edə bilən, yaradıcı və analitik işləmək bacarığı

• İş təcrübəsinə üstünlük verilir, lakin məcburi deyil

• Tədqiqat zamanı əldə edilmiş sertifikatlar, bakalavr və ya magistr dərəcəsi sertifikatı

• İngilis dili biliyi (intermediate səviyyəsi)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.

Aqronom

"Agro Dairy" MMC "Aqronom" vakansiyasını elan edir. İş yeri: Samux şəhəri, Azərbaycan https://lnkd.in/gF6wYDu

 Əlaqə: cv@agrodairy.az

Tələblər

-          Aqronomluq ilə bağlı ali təhsil

-          Müxtəlif kənd təsərrüfatı bitkilərinin (xüsusilə, dənli-taxıl, qarğıdalı, şəkər çuğunduru, yem bitkiləri və s.) yetişdirilməsi (becərilməsi) texnologiyaları sahəsində praktiki bilik və ən azı 1-3 il iş təcrübəsi

-          Torpaq tiplərindən asılı olaraq xüsusi becərilmə texnologiyalarının tətbiqi sahəsində bilik və təcrübə

-          Müasir elmi-texnoloji yenilikləri bilməsi və kompüter biliklərinə malik olması

-          Herbisidlər, fungisidlər, insektisidlər və digər zəhərli kimyəvi maddələr, onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə

-          İngilis dili biliyi (intermediate)

Vəzifə öhdəlikləri

-          Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək

-          Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə  proqramların hazırlanması

-          Həyata keçirilən işlərin hesabatlılığının aparılması

 

Əlavə məlumat

-          İş yeri – Samux, Tovuz, Hacıqabul

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom” şəklində göstərməyiniz xahiş olunur.