“Agro Dairy” Qrupun növbəti "Town Hall" tədbiri Qəbələdə keçirildi
“Agro Dairy” Qrupunun ənənəvi Qrupdaxili Town Hall tədbiri bu dəfə Qəbələdə yerləşən Aqroparkda təşkil olunub. Həm bitkiçilik, həm də heyvandarlıq sahəsində yüksək nəticələr əldə edən müəssisədə keçirilən görüşün əsas məqsədi əməkdaşlara şirkətin strateji baxışını təqdim etmək, cari ildə əldə olunan nailiyyətləri vurğulamaq və kollektivdə birlik ruhunu daha da gücləndirmək olub.
Tədbirdə “Agro Dairy” Qrupunun İdarə Heyəti üzvləri çıxış edərək bütün əməkdaşların əməyini və zəhmətini yüksək qiymətləndirib, kollektivə təşəkkürlərini bildiriblər. Görüş zamanı həmçinin bitkiçilik sahəsində müxtəlif istiqamətlərdə dəyərli töhfələr verən əməkdaşlar xüsusi mükafatlarla təltif olunublar.