Təmirçi çilingər

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 17 Avqust
  • Kənd təsərrüfatı texnikaları, qoşqular və nəqliyyat vasitələrini Mexanikin göstərişi əsasında təmir edir;
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
  • İstehsalat avadanlıqların nizamlanmasında iştirak edir;
  • Bölmənin daxili nizam-intizam qaydalarına və təhlükəsizlik qaydalarına ciddi riayət edir;
  • Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirir.
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Orta-ixtisas təhsili;
  • Məsuliyyətli və detallara qarşı diqqətli olmalı;
  • Xudat və ya yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir.
Müraciət et

Təcrübəçi/Baytarlıq (Qəbələ)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust
  • Baytar həkim və feldşerlərin iş prosesini müşahidə etmək və onlara kömək etmək;
  • Baytar həkimin göstərişi ilə sadə köməkçi işləri yerinə yetirmək (alətlərin hazırlanması, iş sahəsinin təmizliyi və s.);
  • Heyvanların gündəlik baxımı və yemlənməsi prosesində iştirak etmək;
  • Təsərrüfatda mövcud heyvanların vəziyyətini nəzarətdə saxlayır, problemlər barədə bölmə rəhbəri və baytar həkimə məlumat verir;
  • Gigiyena-sanitariya qaydalarının icrasında iştirak etmək;
  • Baytar həkimin tapşırıqlarına uyğun olaraq qeydlər aparmaq və hesabat işlərində dəstək göstərmək.
  • Orta ixtisas və ya ali təhsil;
  • Heyvan anatomiyası və fiziologiyası barədə baza bilikləri;
  • Heyvanlara ilkin tibbi yardım qaydaları haqqında ümumi məlumat;
  • Yeni bilikləri tez öyrənmə və təlimatlara əməl etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Diqqətli, dəqiq və intizamlı olmaq.
Müraciət et

İnsan Resursları üzrə mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin icra edilməsi;
  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması;
  • İşçi məlumat bazasının mütəmadi yenilənməsi;
  • Məzuniyyət əmrlərinin hazırlanması, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
  • Əmrlərin, xəstəlik vərəqələrinin hazırlanması və onlara əsasən müvafiq hesablamaların aparılması və nəzarət edilməsi;
  • Əməkhaqqı və məzuniyyət hesablamalarında iştirak edilməsi;
  • İR əməliyyatları ilə bağlı hesabatların hazırlanması.


  • Ali təhsil (İnsan Resursları, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində 1 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi, kadr uçotu və İnsan resursları prosedurları barədə biliklər;
  • Sənədlərlə iş (əmr, müqavilə və s.) üzrə təcrübə;
  • 1C və Ms Office (xüsusi ilə Excel) proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Konfidensiallıq tələb olunan məlumatlarla işləmək bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komanda ilə işləmək bacarığı;
  • Səlis Azərbaycan dili, İngilis dili biliyi arzuolunandır.


Müraciət et