Bağban-sahə işləri (Xırdalan)

  • Other
  • Full-time
  • Son müraciət tarixi: 30 Sentyabr

Bağban və ərazi təmizliyi üzrə işçi müəssisənin yaşıllıq sahələrinin salınması, bitkilərə qulluq (əkilmə, suvarma, budama, gübrələmə) və abadlaşdırılması işlərini yerinə yetirir. Eyni zamanda ərazidə gündəlik təmizlik işlərini aparır: zibilin yığılması, yolların süpürülməsi, tullantıların daşınması və ümumi səliqə-sahmanın təmin olunmasına cavabdehdir. Alət və avadanlıqlardan düzgün istifadə edir və onların təmizliyinə nəzarət edir.

Fiziki cəhətdən sağlam və dözümlü olmaq

Əmək intizamına və məsuliyyətə sahib olmaq

Bağçılıq və təmizlik işləri üzrə təcrübə (arzuolunandır)

Alətlərlə işləmə bacarığı

Komandada işləmə qabiliyyəti

Təmizkarlığa və səliqəyə önəm vermək

Müraciət et

Energetik

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 22 Sentyabr

·     Zavodun enerji təminatı

·     Enerji növləri: Elektrik, qaz və su enerjisi

·     Aidiyyatı strukturlarla müqavilələrin bağlanması

·     Sayğaclara nəzarət edilməsi

·     Fabrikdə olan işlək mexanizmlərin enerji təminatının təşkil edilməsi

·     Fabrikin işıqlandırma sisteminin enerji ilə təmin edilməsi

·     Buxar qazanının qaz, su və enerji ilə təmin edilməsi

·     Fabrikdə yaranmış mexaniki problemlərin həll edilməsi

·     Fabrikdə yaranmış elekrik problemlərinin həll edilməsi

·     Avtomatikada yaranmış problemlərin həll edilməsi

·     Zavoda gələn elektrik və mexanik vasitələrinin yoxlanılıb anbara təhvil veriləsi

·     İşlək mexanizmlərin yağlanmasının təmin edilməsi

·     Qurutma sisteminin enerji və qaz təminatının təşkil edilməsi

·     Fabrikdə işləyən bütün heyətlə təhlükəsizlik təminatı ilə bağlı müntəzəm söhbət aparmaq bu işdə uyğun şəxslərə kömək etmək

·     Fabrikin istehsalat gücünün artırılması üçün lazım olan tədbirləri görmək.

·     Planlaşdırma şöbəsi ilə əlaqəli istehsal xərclərində enerji sərfiyyatının aşağı salınması məqsədi ilə öz rəhbərinə müraciət etmək

·     İstehsal prosesinin sürətləndirilməsi və yüngülləşdirici halların tətbiq edilməsi barədə öz rəhbərinə müraciət etmək

·     İşləyən bütün avadanlıqlar üçün texniki baxım proqramı tərtib edib uyğun şəxsə bildirmək və icrasına nəzarət etmək

·     Cihaz və avadanlıqların enerji sistemləri haqqında həftəlik və aylıq bildirişləri hazırlayıb birbaşa rəhbərinə təqdim etmək

·     Müəssisədaxili intizam qaydalarına prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi

·     Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi

·     Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi

·     Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

·     Müəssisə daxili qaydalar və onlara riayət olunması

·     Ümumi qaydalar və əməyin mühafizəsi, texniki təhlükəsizlik, yem emalında gigiyena və yanğından mühafizə qaydalarının tələblərə uyğun əməl olunması

·     İlk tibbi yardım göstərilməsi üsulları, işçilərin marifləndirilməsi, dərman və tibbi ləvazimatlardan düzgün istifadə

Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi

Müraciət et

Fəhlə (anbar)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 17 Sentyabr

- İstehsalat sahələrində yardımçı işləri yerinə yetirilməsi;

- Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması;

- Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emal edilməsi;

- Nəqledici vasitələrdə və anbarda yükün bağlanılması və üstünün örtülməsi. Nəqledici vasitələrin təmizlənməsi və yağlanması;

- Anbarda, sexlərdə və başqa istehsalat binalarında istehsalat tullantıların və zibilin yığışdırılması;

- Tullantıların və zibillərin onlar üçün ayrılmış yerlərə nəql edilməsi;

- Rəhbərliyin əmr və sərəncamlarının yerinə yetirilməsi;

- Əməyin təhlükəsizlik qaydalarına riayət edilməsi.



- İş rejimi: 6 günlük (Növbəli)

- Gecə növbəsi var

- Nahar şirkət hesabına

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- Əmək haqqı: 600 -700 ( Fix maaş + Əlavələr)

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

- Cinsi: Kişi

- Yaş həddi: 20-35

- Təhsil: Orta, Orta ixtisas, peşə təhsili

- İş təcrübəsi: 1-3 il

- Gecə növbəsində işləməyə uyğun olmalı

Müraciət et

Nəzarətçi (Xırdalan)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust

Nəzarətçi zavod ərazisində təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Növbə zamanı obyektdəki bağlayıcı qurğuların, yanğın inventarlarının, siqnalizasiya və rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlayır. Giriş və çıxış zamanı şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sənədlər əsasında yoxlanılmasını və qeydiyyatını aparır.


Nəzarətçi üçün Tələblər: (xanım namizədlər üçün):


  • Orta və ya orta ixtisas təhsili
  • Fiziki cəhətdən sağlam, diqqətli və çevik olmaq
  • Məsuliyyətli, dürüst və intizamlı olmaq
  • Təhlükəsizlik qaydalarını bilməli
  • Sənədlərlə işləmək və düzgün qeydiyyat aparmaq bacarığı
  • Yüksək müşahidə və ünsiyyət qabiliyyəti



Müraciət et

İstehsalat Operatoru

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 07 Sentyabr

- İstehsalata başlamadan öncə qurğu və avadanlıqlara ümumu baxış keçirir, çatışmamazlıqlar haqqında rəhbərliyə məlumat verir, növbəni təhvil-təslim alır;

- Avadanlıqlara texniki qulluq edir, ehtiyac olan hissələri yağlayır, avadanlıq və qurğuların (DT,borular, elevator, seperator və s) təmizliyini edir;

- İdarəetmə panellərindən istifadə etməklə soya paxlasının emal prosesini həyata keçirir, laboratoriya göstəricilərinəİş haqqında:


- İş rejimi: 6 günlük/Növbəli

- Gecə növbəsi var

- Nahar şirkət hesabına

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- Əmək haqqı: 660 azn ( Fix maaş 660 azn + Əlavələr)

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)


- Cinsi: Kişi

- Yaş həddi: 20-35

- Təhsil: Orta, Orta ixtisas, peşə təhsili

- İş təcrübəsi: 1-3 il

Müraciət et

Xammal anbardarı

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 30 Avqust

·  Qəbul ediləcək xammal haqqında məlumat

·  Gələn xammal maşınlarını qəbul edib silo anbarlarına və istehsal sahəsinə yönləndirmək

·  Xammalın bunkerlərə boşaldılmasını və əgər xammal kisələrdə gələrsə, kisələri açıb bunkerlərə boşaldılmasını təmin etmək

·  Fabrikə daxil olan və çıxan xammaların sistemə işlənməsi

·  Silo operatorlarına xamalın qəbulu ilə bağlı göstərişlərin verilməsi

·  Müəssisə daxili qaydalar və onlara riayət olunması

·  Silo anbarlarının ziyanvericilərdən qorunması ilə bağlı keyfiyyətə nəzarət şöbəsi ilə sıx əlaqədə olaraq dərmanlama işlərinin həyata keçirilməsinin təşkili

·  Ümumi qaydalar və əməyin mühafizəsi, texniki təhlükəsizlik, heyvandarlıqda gigiyena və yanğından mühafizə qaydalarının tələblərə uyğun əməl olunması

·   Kvalifikasiyalar:

·   Təhsil səviyyəsi: Ali təhsil

·   İş təcrübəsi: 1-3 il            

·   Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta) Rus dili (orta)

·  Kompyuter bilikləri: Word (yaxşı) Excel (yaxşı)


Müraciət et

Silo Operatoru (Cəlilabad)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust

Taxıl və un zavodunda silo operatoru daxil olan taxılın qəbulunu, siloya yerləşdirilməsini, saxlanmasını və istehsalata ötürülməsini təmin edir. Silo avadanlıqlarının (elevator, konveyer, ventilyator və s.) düzgün işləməsinə nəzarət edir, temperatur və rütubət göstəricilərini izləyir, məhsulun keyfiyyətini qoruyur və texniki təhlükəsizlik qaydalarına əməl edir.

Silo operatoru un və taxıl istehsalı prosesində siloya daxil olan və çıxan məhsulların təhlükəsiz və düzgün idarə olunmasına cavabdehdir. 

- Daxil olan taxılın qəbulunu, siloya ötürülməsini və yerləşdirilməsini təşkil etmək.

- Silodan un istehsal xəttinə və ya digər bölmələrə məhsulun düzgün boşaldılmasını təmin etmək.

- Elevator, konveyer, aerasiya və digər silo avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət etmək.

- Silo daxilində temperatur və rütubət göstəricilərini gündəlik izləmək və normadan kənar hallarda rəhbərliyə məlumat vermək.

- Taxılın keyfiyyətini qorumaq üçün təmizliyə və sanitariya qaydalarına riayət etmək.

- Gündəlik məhsul dövriyyəsini (gələn və gedən) dəqiq uçota almaq və hesabatları təqdim etmək.

Müraciət et

Texnoloq (buğda emalı)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust

Texnoloq istehsalat proseslərini idarə edir, məhsulun keyfiyyətini təmin edir, texnoloji təhlil və təkmilləşdirmə aparır, xammal və avadanlıq idarə edir, təhlükəsizlik və sağlamlıq qaydalarına riayət edir, sənədləşmə və hesabat hazırlayır, təlim keçir və müştəri tələblərinə uyğun məhsul istehsalını təmin edir.


-       Müəssisələrdə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir.

-       Taxıl emalı proseslərini idarə etmək, müxtəlif mərhələlərdə texnoloji parametrləri tənzimləmək.

-       İstehsalat proseslərinin səmərəli və məhsuldar şəkildə həyata keçirilməsini təmin etmək.

-       Emal olunan taxılın və istehsal edilən məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq.

-       Məhsul keyfiyyətindəki hər hansı problem və uyğunsuzluqları müəyyənləşdirmək və həll yolları təqdim etmək.

-       Taxıl xammalının keyfiyyətini yoxlamaq, qəbul etmək və istifadə üçün uyğunluğunu təmin etmək.

-       Xammal ehtiyatlarını planlaşdırmaq və idarə etmək.

-       Emal avadanlıqlarının müntəzəm texniki baxımını təmin etmək, nasazlıqları vaxtında aradan qaldırmaq.

-       Avadanlıqların düzgün işləməsini təmin etmək üçün müntəzəm yoxlamalar aparmaq.

-       Günlük, həftəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

-       Məhsul keyfiyyətinin müştəri gözləntilərinə uyğun olmasını təmin etmək.


Müraciət et

Laborant

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 15 Sentyabr

İstehsal olunan məhsulların orqanoleptik və fiziki-kimyəvi analizlərini aparmaq. İstehsalatda istifadə olunan əsas və köməkçi xammalların standartlara və təsdiq olunmuş analiz sertifikatlarına uyğun analizlərini aparmaq. Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimatlarına uyğun istifadə etmək.

- Xammal və köməkçi materiallar, yarımfabrikat və hazır məhsul analizlərini (fiziki-kimyəvi və orqanoleptik) etmək;

- İstifadə olunan reaktivləri kontrol etmək, ehtiyac yaranarsa reaktiv məhlulları hazırlamaq;

- Etdiyi analizlərin hesabatlarını aparmaq və qeydlərini tutmaq;

- Laboratoriyada çalışdığı sahəni və vəsaitləri sanitar-gigiyenik qaydalarına uyğun saxlamaq;

- Əmək intizamına ciddi əməl etməli, növbəni vaxtında təhvil verməli və almalıdır, iş yerində təmizliyə əməl etməlidir;

- Ümumi və analitik kimyanın əsaslarını bilməlidir;

- Fiziki və kimyəvi analizlərin aparılma metodikalarını bilməlidir;

- Reaktivlərlə işləmə qaydalarını bilməlidir;

- Laboratoriya qurğularında ortaya çıxan xırda problemləri həll etməyi bacarmalıdır;

- Analizləri aparmaq üçün istifadə edilən reaktivlər haqqında biliyə malik olmalıdır;

- Hazır məhsullarda müxtəlif göstəricilərin düzgünlüyünün təsdiqini, analiz nəticələrini standartlarla müqayisə etməyi bacarmalıdır;

- Analiz sıxlıqlarını nəzərə alaraq işləri planlaşdırmağı bacarmalıdır;

- Analitik düşünmə qabiliyyətli olmalıdır.


Müraciət et

Qazanxana Operatoru

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 21 Avqust
  • Qazanxanada suyun səviyyəsinin və tənzimləyicisinin yoxlanılması, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət olunması;
  • İşə başlamazdan əvvəl avadanlığın və ləvazimatların işə yararlı vəziyyətdə olduğunu yoxlanılması;
  • Qazanxanada bütün təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi;
  • Qazanxana avadanlıqlarına nəzarət;
  • Nasos, mühərrik və digər köməkçi mexanizmlərin lazım olduqda işə salınması, dayandırılması;
  • Soyutma avadanlıqlarının işinə nəzarət, alarmlar haqqında məlumat verilməsi;
  • Monometrlərə, qoruyucu klapanlara, nasoslara avtomatik cihazlara və s. nəzarət;
  • Rəhbərliyin tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi.



İş haqqında:

- İş rejimi: 6 günlük

- İş rejimi: Növbəli

- Gecə növbəsi var

- Nahar şirkət hesabına

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- Əmək haqqı: 617 azn ( Fix maaş 617 azn + Əlavələr)

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı).

- Cinsi: bəy

- Yaş həddi: 20-35

- Təhsil: Orta, peşə ixtisas təhsilli

- İş təcrübəsi: 1-3 il

- Gecə növbəsində işləyən.



Müraciət et

Qaynaqçı- Çilingər

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 20 Avqust
  • Elektrik və qaz qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;
  • Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;
  • Avadanlıqların mütəmadi olaraq yoxlanması, təmir edilməsi və hər hansı nasazlıqların aradan qaldırılması;
  • Avadanlıqların düzgün və təhlükəsiz şəkildə istifadəsi üçün təlimatların və metodların yaradılması və tətbiq edilməsi;
  • Avadanlıqların və alətlərin səliqəli və təhlükəsiz şəraitdə saxlanması, iş sahəsinin təmizliyinin təmin edilməsi;
  • Təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Avadanlıqların müvafiq standartlara uyğun işləməsini təmin edilməsi;
  • Vaxtında xidmət göstərilməsi;
  • Avadanlıq təmiri və xidmət işləri üzrə rəhbərə hesabat verilməsi.


- İş rejimi: 6 günlük (Növbəli)

- Gecə növbəsi var

- Nahar şirkət hesabına

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- Əmək haqqı: 800 - 840 ( Fix maaş + Əlavələr)

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

Namizədə tələblər:

- Cinsi: Kişi

- Yaş həddi: 20-35

- Təhsil: Orta, peşə ixtisas təhsilli

- İş təcrübəsi: 1-3 il

- Gecə növbəsində işləyən



Müraciət et

İstehsalat üzrə operator (Cəlilabad)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Avqust

İstehsalat operatoru un zavodunda taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində avadanlıqları idarə edir, prosesin fasiləsiz və keyfiyyətli aparılmasına nəzarət edir, texniki göstəricilərə uyğunluğunu təmin edir və təhlükəsizlik qaydalarına əməl edir.

- Taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində istifadə olunan avadanlıqları (məs: valslar, ələk sistemləri, nasoslar və s.) işə salmaq və idarə etmək.

- İstehsalat prosesinin texnoloji qaydalara uyğun aparılmasına nəzarət etmək.

- Hazır məhsulun keyfiyyətinə nəzarət etmək, kənarlaşmaları aşkarladıqda dərhal müdaxilə etmək.

- İstehsalat zamanı istifadə olunan xammal və yarımfabrikatların miqdar və keyfiyyət göstəricilərini izləmək.

- Avadanlıqların texniki vəziyyətini yoxlamaq, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.

- Gündəlik iş hesabatlarını aparmaq və məsul şəxslərə təqdim etmək.

- Əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təmizlik və sanitariya normalarını qorumaq.


Müraciət et

Fəhlə (Cəlilabad rayonu)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Dekabr

Taxıl və un istehsalı sahəsində xammalın daşınması, boşaldılması, istehsalat avadanlıqlarının təmizlənməsi və yardımçı işlərin yerinə yetirilməsi. Hazır məhsulun yüklənməsi və sahənin təmiz saxlanması.


-         Fiziki cəhətdən sağlam, dözümlü və əmək intizamı

-         Təhlükəsizlik qaydalarına əməl etmə bacarığı

-         Sadə avadanlıqlarla işləmək bacarığı

-         Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

-         Komandada işləmək bacarığı

-         Məsuliyyətli və diqqətli olmaq


Müraciət et