Sürücü

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 19 Avqust

"Agrotrade Supply MMC" Xırdalan ofisi üçün rəhbərliyin nəqliyyat ehtiyaclarını yüksək səviyyədə qarşılayacaq, məsuliyyətli və peşəkar Sürücü axtarışındadır. Namizəddən yüksək sürücülük mədəniyyəti, avtomobilin texniki vəziyyətinə həssas yanaşma və korporativ etika qaydalarına ciddi riayət etməsi gözlənilir.

Əsas Vəzifə Öhdəlikləri:


  • Nəqliyyatın idarəedilməsi: Rəhbər şəxsin təhlükəsiz, rahat və təyin olunmuş vaxtda müvafiq ünvanlara daşınmasını təmin etmək.
  • Marşrutun planlaşdırılması: Gündəlik hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaq, yol və hava şəraitini nəzərə alaraq ən optimal və təhlükəsiz istiqaməti seçmək.
  • Avtomobilə texniki qulluq: İstifadəsinə verilmiş xidməti avtomobili daim saz və təmiz vəziyyətdə saxlamaq, yanacaq sərfiyyatına nəzarət etmək.
  • Sənədləşmə və Nəzarət: Avtomobilin vaxtaşırı texniki baxışdan keçirilməsini, sığorta və digər müvafiq sənədlərinin etibarlılıq müddətini daim nəzarətdə saxlamaq.


Namizədə dair Tələblər:


  • Təhsil: Ali və ya orta ixtisas təhsili.
  • Sürücülük vəsiqəsi: Müvafiq sürücülük vəsiqəsinə (B və C kateqoriyaları) malik olmaq.
  • Təcrübə: Sürücü (xüsusilə rəhbər, şəxsi sürücü və ya korporativ sürücü) kimi minimum 5 il davamlı iş təcrübəsi.
  • Peşəkar biliklər: Azərbaycan Respublikasının Yol Hərəkəti qaydalarını mükəmməl bilmək, avtomobilin texniki xüsusiyyətlərindən anlayışı olmaq. Əmək qanunvericiliyi və müəssisədaxili intizam qaydaları haqqında məlumatlı olmaq.
  • Şəxsi keyfiyyətlər:
  • Məxfilik prinsiplərinə, etik davranış normalarına və korporativ qaydalara ciddi şəkildə əməl etmək.
  • Səbrli, təmkinli, dəqiq və yüksək məsuliyyət hissiyyatına malik olmaq.
  • Səliqəli xarici görünüş və ünsiyyət mədəniyyəti.


Müraciət et

Anbardar / Cəlilabad

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 06 Avqust
  • Anbarda taxıl məhsullarının qəbulu, düzgün yerləşdirilməsi, saxlanması və buraxılış proseslərini təşkil etmək;
  • Daxil olan və çıxarılan məhsulların sayını və vəziyyətini yoxlamaq;
  • Məhsulların keyfiyyətinin qorunması üçün saxlama qaydalarına riayət etmək;
  • Anbarın səliqəli və nizamlı saxlanılmasını təmin etmək;
  • Anbar sənədlərinin və uçot məlumatlarının düzgün aparılmasında iştirak etmək;
  • Məhsulların hərəkəti ilə bağlı məlumatları vaxtında təqdim etmək;
  • Əməyin mühafizəsi və müəssisədaxili qaydalara uyğun işləmək.
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Səliqəli və intizamlı işləmək;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • Komanda ilə işləmə bacarığına malik olmaq;
  • Anbardar vəzifəsində iş təcrübəsi arzuolunandır.


İş şəraiti:

  • İş rejimi: 6 günlük iş həftəsi;
  • Əmək müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.


Müraciət et

Nəzarətçi (Ağdaş)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 30 İyul

· Müəssisədə avtonəqliyyat, işçi, qonaq və digər şəxslərin qeydiyyatdan keçirərək giriş-çıxışını prosedura uyğun təmin etmək

· Mümkün hadisəyə qarşı diqqətli davranmaq, hadisə zamanı hər bir detalın öyrənilməsi və məruzə edilməsi

· Növbə ərzində (gecə və gündüz) mütamadi olaraq təsdiq olunmuş marşrut üzrə ərazini E-patrul sistemini tətbiq etməklə gəzərək nəzarətdə saxlamaq

· Müəssisənin giriş qapıların daimi olaraq nəzarətdə olmasını təmin etmək

· Müşahidə kameraları vasitəsi ilə müəssisənin  ərazini perimetr üzrə tam nəzarətdə saxlamaq

·  Müəssisəyə daxil olan və çıxarılan mənşəi, yəyinatı, miqdarından asılı olmayaraq bütün mall, məhsul, material v.s.sistem  qaiməsi üzrə doğruluğununu yoxlayaraq  nəzarət, qeydiyyat işlərin tamamlayaraq aidiyyəti şəxs tərəfindən qəbulunu təmin etmək

·  Daxil olan xammalın keyfiyyət yoxlanması üçün şahid nümunənin götürülməsində iştirak etmək

· Zərurət daxilində Müəssisəyə xammal və digər mal material gətirən avtomobilləri müşaiyyət olunmasında iştirak etmək

· Müəssisə anbar, saxlanc və diğər qapalı olmalı yerlərin plomblanaq aidiyyəti olan vəzifəli şəxsdən qəbul etmək və təhvil verilməsini təmin etmək

· Xüsusi rejim tədbiq olunan və təhlükəli ərazilərə xüsusi icazə olmadan kənar şəxslərin girişinin qarşısın almaq

· Oğurluq, qanunsuz mənimsəmə və istifadə halların qarşısının alınmasını təmin etmək

· Müəssisə daxilində Azərbaycan Respublikası qanunlarının, Şirkətin daxili nizam-intizam və diğər qayda və prosedurlarına əməl olunasını təmin edərək həmin pozulmasının qarşısını almaq

Hərbi xidmətini başa vurmuş kişi

Fiziki cəhətdən sağlam və çevik;

Məsuliyyətli, intizamlı və diqqətli;

Növbəli iş rejimində işləmək imkanı;

Operativ qərarvermə və müşahidə bacarığı.

Müraciət et

Satış üzrə Şöbə müdiri

  • Sales and Customer Services
  • Full-time
  • Son müraciət tarixi: 25 İyul

"Azər yem Sənaye MMC" olaraq kənd təsərrüfatı sektorunda davamlı inkişafımızı təmin edəcək, satış strategiyalarına rəhbərlik edərək komandamızı yeni hədəflərə daşıyacaq təcrübəli Satış üzrə Şöbə Müdiri axtarırıq.


Bu vəzifənin əsas missiyası şirkətin kommersiya hədəflərinə (KPI) çatmasını təmin etmək, bazar trendlərini dərindən təhlil edərək satış proseslərini optimallaşdırmaq və komanda üzvlərinin inkişafına birbaşa liderlik etməkdir. Əgər siz aqrar sektorda satış idarəetməsi üzrə dərin təcrübəyə, strateji baxış bucağına və güclü komanda formalaşdırmaq bacarığına sahibsinizsə, peşəkar karyeranızı bizimlə zirvəyə daşıyın!

Əsas Vəzifə Öhdəlikləri:


Strategiya və Planlaşdırma:

  • Şirkətin qısamüddətli və uzunmüddətli satış strategiyalarının (xüsusilə kənd təsərrüfatı məhsulları və xidmətləri üzrə) hazırlanması və icrasına ümumi rəhbərliyin həyata keçirilməsi.
  • Bazar araşdırmaları, rəqib analizi və müştəri tələbatları əsasında satış fəaliyyətinin davamlı olaraq tənzimlənməsi.
  • Satış proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması məqsədilə yenilikçi təkliflərin hazırlanaraq tətbiq edilməsi.


Komanda İdarəetməsi və Liderlik:

  • Satış şöbəsinin fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş məqsəd və göstəricilərə (KPI) tam uyğunluğunun təmin edilməsi.
  • Satış komandasına effektiv liderlik edilməsi, əməkdaşların gündəlik fəaliyyətinin monitorinqi, motivasiyası və peşəkar inkişafının dəstəklənməsi.


Müştəri Əlaqələri və Hesabatlılıq:

  • Key account (əsas) müştərilərlə strateji kommersiya əlaqələrinin qurulması, inkişaf etdirilməsi və etibarlı tərəfdaşlığın qorunub saxlanılması.
  • Mövcud və potensial bazar tendensiyalarının mütəmadi analizi və rəhbərliyə əsaslandırılmış dövri hesabatların (CRM və Excel üzərindən) təqdim olunması.


Namizədə dair Tələblər:


Təhsil və Təcrübə:

  • Təhsil: Satış, Biznesin idarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə Ali təhsil.
  • Təcrübə: Kənd təsərrüfatı və ya əlaqədar (Aqro) sahələrdə minimum 5 il satışın idarəedilməsi (rəhbər vəzifədə) təcrübəsi.
  • Bütöv bir satış şöbəsini və ya komandasını uğurla idarə etməyə dair sübut olunmuş (track-record) nailiyyətlər.


Bilik və Peşəkar Səriştələr:

  • Strateji planlaşdırma, hədəflərin (KPI) formalaşdırılması və problem həll etmə bacarıqları.
  • Müştəri əlaqələrinin (CRM) və bazar analizinin dərindən idarə edilməsi bilikləri.
  • Analitik təfəkkür və güclü liderlik (komanda işini təşkil etmə) keyfiyyətləri.
  • İşgüzar danışıqların aparılması, effektiv kommunikasiya və yüksək təqdimat bacarıqları.


Texniki və Dil Bilikləri:

  • Kompüter bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel tətbiqi), müxtəlif CRM sistemləri və ERP proqramları ilə sərbəst işləmə bacarığı.
  • Dillər: Azərbaycan dilini səlis bilmək; İngilis və/və ya Rus dilini işgüzar mühitdə istifadə edə biləcək səviyyədə (yaxşı) bilmək.


Müraciət et

Nəzarətçi (Cəlilabad)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 30 İyul

Cəlilabad dəyirmanı ərazisində təhlükəsizlik və nəzarəti təmin edir, giriş və çıxışları idarə edir, təhlükəsizlik avadanlıqlarını izləyir, təhlükəsizlik məsələlərini həll edir və hesabatlar təqdim edir.


  • Zavod ərazisini izləmək, təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, qeyri-qanuni fəaliyyətləri və riskləri aşkar etmək
  • Növbəni təhvil verən nəzarətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. 
  • Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət
  • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi 
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması
  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.
  • Təhsil səviyyəsi: Orta
  • Hərbi xidmətini başa vurmuş olmalı
  • İş təcrübəsi: 1-3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)  
  • Ezamiyyət tələbləri: Bəli
  • Fiziki tələblər: Sağlam.
Müraciət et

Yükləmə fəhləsi (Anbar-ATS Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 İyul

Məhsulun (un, kəpək) və materialların yüklənməsi və boşaldılmasını təmin edir, anbar daxilində stokları təşkil edir, təhlükəsizlik və sanitariya qaydalarına riayət edir, avadanlıqların baxımını həyata keçirir, sənədləşmə işlərini aparır, işlərin koordinasiyasını təmin edir və təhlükəsizlik tədbirlərini yerinə yetirir.


-         Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emalı.

-         Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması.

-         Satışa gedən malların (un, kəpək) yük maşınlarına yüklənməsi.

-         Un, kəpək kisələrinin lazımi lazımi qaydada yığılması.

-         Malların saxlanması üçün lazımi şəraitin mövcudluğuna diqqət yetirmək.

-         Məhsul və materialların ehtiyatını izləmək, anbarın stok vəziyyətini idarə etmək.

-     Təhlükəsiz avadanlıqları (forklift, kran və s.) istifadə edərək yükləmə və boşaltma proseslərini həyata keçirmək.

-         Məhsul və materialların anbar daxilində düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsini təmin etmək.

-         Yükün yerinə yetirilməsi, saxlanması və təşkilini təmin etmək.

-         Yükləmə və boşaltma zamanı yaranan təhlükəsizlik risklərini aşkar etmək və müvafiq tədbirlər görmək.

-         Təhlükəsizlik avadanlıqlarını (kaska, əlcəklər və s.) istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etmək.



- Yaş həddi: 20-45

- Təhsil: Orta, peşə ixtisas təhsilli

- İş təcrübəsi: 1 ilədək

- İş rejimi: Növbəli

- Nahar şirkət hesabına

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

Müraciət et