Satınalma üzrə aparıcı mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 04 October

"AzərYem Sənaye MMC" olaraq təchizat zəncirinin davamlılığını təmin etmək, xərclərin effektivliyini və məhsul keyfiyyətini qorumaq məqsədilə satınalma proseslərini strateji olaraq idarə edəcək Satınalma üzrə aparıcı mütəxəssis axtarışındayıq. Bu vəzifə təchizatçıların qiymətləndirilməsi, müqavilələrin idarə edilməsi, xərclərin təhlili və istehsalat planlamasına uyğun olaraq ehtiyacların qarşılanması kimi mühüm prosesləri əhatə edir.


İş yeri Xırdalan şəhərində yerləşsə də, müəssisənin fəaliyyəti ilə əlaqədar Balakən rayonuna mütəmadi iş səfərləri (ezamiyyətlər) nəzərdə tutulur.

Əsas Vəzifə Öhdəlikləri:


  • Təchizatçıların Araşdırılması və Qiymətləndirilməsi: Potensial təchizatçıları müəyyənləşdirmək, onların şirkətin keyfiyyət, qiymət və etibarlılıq standartlarına cavab verməsini təmin etmək.
  • Danışıqların Aparılması: Şirkət üçün ən sərfəli şərtləri əldə etmək məqsədilə satınalma müqavilələri və razılaşmalar üzrə effektiv danışıqlar aparmaq.
  • Satınalma Əməliyyatları: Zəruri mal və xidmətlər üçün sifarişlərin (purchase orders) hazırlanması, qiymət sorğularının həyata keçirilməsi və əməliyyatların icrası.
  • Müqavilələrin İdarəedilməsi: Xarici və yerli təchizatçılarla bağlanmış müqavilələri idarə etmək, icra performansını izləmək və razılaşmaların şirkət siyasətinə/qanunvericiliyə uyğunluğunu təmin etmək.
  • Xərclərin Təhlili: Təchizat ehtiyaclarını analiz etmək və keyfiyyətdən ödün vermədən xərclərin azaldılması (optimallaşdırılması) imkanlarını araşdırmaq.
  • Təchizatçılarla Münasibətlərin İdarəedilməsi: Təchizat zəncirinin kəsintisiz davam etməsi və yaranan problemlərin operativ həlli üçün təchizatçılarla sağlam əməkdaşlıq əlaqələrini qorumaq.
  • Uyğunluq (Compliance) və İnzibatçılıq: Bütün satınalma fəaliyyətlərinin şirkətin daxili siyasətinə, hüquqi tələblərə və korporativ etik standartlara tam uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək.
  • Planlaşdırma: Müəssisənin xammal və materiallarla davamlı, sərfəli şəkildə təmin olunması üçün istehsalat planlamasına əsaslanaraq satınalmaların vaxtında və dəqiq planlaşdırılmasını icra etmək.


Namizədə dair Tələblər:


  • Təhsil: Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə Bakalavr dərəcəsi.
  • Təcrübə: Satınalma, təchizat və təchizatçıların idarə edilməsi sahəsində müvafiq iş təcrübəsi tələb olunur.
  • Peşəkar Bacarıqlar: Güclü danışıqlar aparmaq, kommunikasiya, analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı.
  • Texniki Biliklər: MS Office proqramlarında və müvafiq satınalma (ERP) proqram təminatlarında sərbəst işləmək bacarığı.
Apply Now

Risk üzrə mütəxəssis (Sosial məzuniyyət yerinə)

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 04 October

"AgroTrade Supply MMC" təşkilat daxilində əməliyyat, maliyyə, strateji, reputasiya və uyğunluq risklərinin vaxtında müəyyən edilməsi, təhlili və idarə olunması üçün analitik təfəkkürə malik Risk üzrə mütəxəssis axtarışındadır. Sosial məzuniyyətdə olan əməkdaşı əvəzləmək məqsədilə 1 il müddətinə nəzərdə tutulan bu vəzifə, xüsusilə kənd təsərrüfatı sektorunun spesifik risklərini təhlil etmək, hərtərəfli Risk Reyestrini formalaşdırmaq və rəhbərliyə strateji hesabatlılığı təmin etmək kimi məsuliyyətli tapşırıqları əhatə edir.

Əsas Vəzifə Öhdəlikləri:


  • Risklərin Müəyyənləşdirilməsi və Təhlili: Şirkətin bütün fəaliyyət sahələrində (əməliyyat, maliyyə, strateji, reputasiya və uyğunluq) potensial risklərin davamlı olaraq aşkar edilməsi, təhlili və qiymətləndirilməsi prosesində iştirak etmək.
  • Qiymətləndirmə Metodologiyaları: Risklərin baş vermə ehtimalını və təsirini qiymətləndirmək üçün müxtəlif metodologiyalardan (SWOT analizi, Excel panelləri/dashboards, ssenari planlaşdırılması, əsas risk göstəriciləri - KRI) effektiv istifadə etmək.
  • Risk Reyestrinin İdarə Olunması: Risklərin ağırlıq dərəcəsinə və ehtimalına əsasən prioritetləşdirilməsini aparmaq, geniş və hərtərəfli Risk Reyestrini (Risk Register) hazırlamaq və mütəmadi güncəlləmək.
  • Xarici və Sektor Risklərinin Təhlili: İqtisadi və geostrateji riskləri, təbii fəlakətləri, normativ-hüquqi tələblərə uyğunluğu və xüsusilə kənd təsərrüfatı (aqrar) sahəsinə xas olan risk amillərini təhlil etmək və nəzərə almaq.
  • Təlim və Çərçivə Sisteminin İnkişafı: Risklərin idarə olunması sisteminin (Risk Management Framework) effektivliyini təmin etmək üçün onu mütəmadi gözləndən keçirmək, yeniləmək və əməkdaşlar üçün risklərin idarə olunması mövzusunda təlimlər təşkil etmək.
  • Hesabatlılıq: Rəhbərlik üçün mütəmadi və əhatəli risk hesabatlarını hazırlamaq.


Namizədə dair Tələblər:


  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə Bakalavr dərəcəsi.
  • Təcrübə: Kənd təsərrüfatı (aqrar) sektorunda risklərin idarə olunması üzrə minimum 2 il iş təcrübəsi.
  • Peşəkar və Texniki Biliklər:
  • Risklərin qiymətləndirilməsi metodologiyaları (KRI, ssenari analizi və s.) üzrə biliklər.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Məlumatların analizi, hesabatlılıq və data əsaslı qərarvermə qabiliyyəti.
  • Dil Bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – üstünlükdür.
Apply Now

Nəzarətçi (Xırdalan)

  • Services
  • Full-time
  • Deadline for Applications: 02 October

Nəzarətçi zavod ərazisində təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Növbə zamanı obyektdəki bağlayıcı qurğuların, yanğın inventarlarının, siqnalizasiya və rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlayır. Giriş və çıxış zamanı şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sənədlər əsasında yoxlanılmasını və qeydiyyatını aparır.


Vəzifə öhdəlikləri


  • Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək
  • Ərazisini nəzarətdə saxlamaq
  • Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək
  • Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq
  • Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək
  • Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək
  • Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək


İş şəraiti


  • İş rejimi: Növbəli ( 2 gün iş 2 gün istirahət)
  • Nahar şirkət hesabına
  • Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
  • İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)



  • Fiziki cəhətdən sağlam və gümrah
  • Həqiqi hərbi xidmət keçmiş
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Ən azı orta təhsil (peşə, kollec təhsili üstünlükdür)
  • Səlist nitq və ünsiyyət bacarığı
  • Təhlükəsizlik sahəsində etik davranış və yüksək intizamlı yanaşma
  • Müvafiq təhlükəsizlik texnikası və protokolları üzrə məlumatlılıq


Apply Now

Fəhlə (Cəlilabad)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 01 October

Buğda emalı istehsalat prosesində xammalın və hazır məhsulun qəbul edilməsi, daşınması, yerləşdirilməsi, emal xəttinə verilməsi və istehsalatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsinə kömək etmək.


·    Xammalın (buğda və digər materialların) istehsalata qəbulunda iştirak etmək

·    Materialların daşınması, boşaldılması və yerləşdirilməsini həyata keçirmək

·    İstehsalat xəttinə xammalın verilməsində köməklik göstərmək

·    Hazır məhsulun qablaşdırılması, yığılması və anbara daşınmasına dəstək vermək

·    İstehsalat sahəsində təmizlik və səliqəni təmin etmək

·    İstehsalat avadanlıqlarının təhlükəsiz istismarına riayət etmək

·    Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək.



·      Orta təhsil (arzuolunandır)

·      Fiziki sağlamlıq və istehsalat şəraitində işləmə qabiliyyəti

·      Oxşar sahədə iş təcrübəsi üstünlükdür


Apply Now

Növbə rəisi

  • Services
  • Full-time
  • Deadline for Applications: 30 September

Mühafizə növbələrinin idarəsini həyata keçirir, təhlükəsizlik prosedurlarına riayət olunmasını təmin edir, təhlükəsizlik avadanlıqlarını izləyir, təcili vəziyyətlərdə müdaxilə edir və müntəzəm hesabatlar hazırlayır.


- Növbə müddətində mühafizə işlərinin düzgün və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, mühafizəçi heyətini idarə etmək və yönəltmək

- Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;

- Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək;

- Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarının müşayiətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğunu yoxlamaq;

- Mühafizə olunan obyektlərdə texniki vasitələrdən mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin yazılı razılığına əsasən istifadə etmək;

- Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;

- Mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimləri təmin etmək:

- Mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə, obyektdaxili rejimə riayət olunmasını tələb etmək.


Təhsil səviyyəsi: Orta təhsil (Ali təhsil arzu ediləndir)

İş təcrübəsi: 5-7 il

Dil bilikləri: Azərbaycan dili (əla)

Ezamiyyət tələbləri: Bəli

Fiziki tələblər: Sağlam

Keçmiş hərbçilərə əsasən üstünlük verilir.(zabit,gizir)

Apply Now

Anbardar

  • Logistics and Transportation
  • Full-time
  • Deadline for Applications: 30 September

Anbar təsərrüfatının effektiv idarə olunması, material və məhsulların qəbuluna, saxlanılmasına, hərəkətinə və uçotuna nəzarətin həyata keçirilməsi, eləcə də anbar daxilində təhlükəsizlik və mühafizə qaydalarının təmin edilməsi.


Vəzifə öhdəlikləri


  • Anbar qalıqlarının gündəlik, həftəlik və aylıq nəzarətinin həyata keçirilməsi;
  • Anbarlarda saxlanma şəraiti, təmizlik və təhlükəsizlik qaydalarına nəzarət edilməsi;
  • Məhsulların anbara mədaxil və məxaric prosesinin düzgün uçotunun aparılması;
  • Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun təşkilinə nəzarət;
  • Anbar inventarizasiyası prosesində iştirak edilməsi;
  • İdxal olunan məhsulların sistem üzərindən uçotunun aparılması və aidiyyəti şöbələrin məlumatlandırılması;
  • Maliyyə Departamenti ilə koordinasiyalı şəkildə anbar sənədlərinin və hesabatların təqdim edilməsi;
  • Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsi və hesabatların hazırlanması;
  • Anbar üçün tələb olunan ləvazimatların vaxtında rəhbərliyə bildirilməsi;
  • ERP, 1C və digər daxili proqramlarda məlumatların işlənməsi və uçotun aparılması;
  • İş prosesində təhlükəsizlik, operativlik və məsuliyyət prinsiplərinə riayət edilməsi.



İş şəraiti


  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri: Gəncə şəhəri


  • Ali və ya orta ixtisas təhsili;
  • Anbardar və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Anbar uçotu və sənədləşmə prosesləri üzrə biliklər;
  • ERP, 1C və MS Office proqramlarında işləmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və ünsiyyət bacarığı;


Apply Now

İstehsalat üzrə operator (Cəlilabad)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 30 September

İstehsalat operatoru un zavodunda taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində avadanlıqları idarə edir, prosesin fasiləsiz və keyfiyyətli aparılmasına nəzarət edir, texniki göstəricilərə uyğunluğunu təmin edir və təhlükəsizlik qaydalarına əməl edir.

-         Taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində istifadə olunan avadanlıqları (məs: valslar, ələk sistemləri, nasoslar və s.) işə salmaq və idarə etmək.

-         İstehsalat prosesinin texnoloji qaydalara uyğun aparılmasına nəzarət etmək.

-         Hazır məhsulun keyfiyyətinə nəzarət etmək, kənarlaşmaları aşkarladıqda dərhal müdaxilə etmək.

-         İstehsalat zamanı istifadə olunan xammal və yarımfabrikatların miqdar və keyfiyyət göstəricilərini izləmək.

-         Avadanlıqların texniki vəziyyətini yoxlamaq, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.

-         Gündəlik iş hesabatlarını aparmaq və məsul şəxslərə təqdim etmək.

-         Əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təmizlik və sanitariya normalarını qorumaq.


Təhsil: Orta və ya peşə təhsili (Texniki təhsili olanlara üstünlük verilir).

Təcrübə: İstehsalat sahəsində ən azı 1 il iş təcrübəsi (Təcrübəsiz namizədlər üçün öyrədilmə imkanı mövcuddur).

Fiziki göstəricilər: Ayaqüstü iş rejiminə və fiziki gərginliyə dözümlülük.

Zəruri Bacarıqlar:

  • Müxtəlif texniki cihaz və qurğularla işləmək qabiliyyəti.
  • Yüksək diqqətlilik və operativ qərar vermə bacarığı.
  • Kollektivlə işləmə və komanda ruhu.
Apply Now

Fəhlə (Ağdaş)

  • Other
  • Full-time
  • Deadline for Applications: 24 September

·      İstehsal olunmuş məhsulların müəyyən edilmiş standart və tələblərə uyğun şəkildə paketlənməsini təmin etmək.

·      Məhsulların qablaşdırılması üçün istifadə olunan kisə, paket, etiket və digər materialların düzgün və səmərəli istifadəsini təmin etmək.

·      Qablaşdırma materiallarının istehsal prosesinə vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək.

·      Məhsulların çəkisinin, qablaşdırılmasının və markalanmasının müəyyən edilmiş tələblərə uyğunluğuna diqqət yetirmək.

·      Qablaşdırılmış məhsulların düzgün şəkildə bağlanmasını, yığılmasını və müəyyən edilmiş əraziyə yerləşdirilməsini təmin etmək.

·      Fiziki cəhətdən sağlam və işə davamlı olmaq;

·      İstehsalat sahəsində işləməyə uyğunluq;

·      Məsuliyyətli, intizamlı və diqqətli olmaq;

·      Komandada işləmək bacarığı;

·      Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;

·      Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.

Apply Now

Sürücü

  • Services
  • Full-time
  • Deadline for Applications: 19 September

"Agrotrade Supply MMC" Xırdalan ofisi üçün rəhbərliyin nəqliyyat ehtiyaclarını yüksək səviyyədə qarşılayacaq, məsuliyyətli və peşəkar Sürücü axtarışındadır. Namizəddən yüksək sürücülük mədəniyyəti, avtomobilin texniki vəziyyətinə həssas yanaşma və korporativ etika qaydalarına ciddi riayət etməsi gözlənilir.

Əsas Vəzifə Öhdəlikləri:


  • Nəqliyyatın idarəedilməsi: Rəhbər şəxsin təhlükəsiz, rahat və təyin olunmuş vaxtda müvafiq ünvanlara daşınmasını təmin etmək.
  • Marşrutun planlaşdırılması: Gündəlik hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaq, yol və hava şəraitini nəzərə alaraq ən optimal və təhlükəsiz istiqaməti seçmək.
  • Avtomobilə texniki qulluq: İstifadəsinə verilmiş xidməti avtomobili daim saz və təmiz vəziyyətdə saxlamaq, yanacaq sərfiyyatına nəzarət etmək.
  • Sənədləşmə və Nəzarət: Avtomobilin vaxtaşırı texniki baxışdan keçirilməsini, sığorta və digər müvafiq sənədlərinin etibarlılıq müddətini daim nəzarətdə saxlamaq.


Namizədə dair Tələblər:


  • Təhsil: Ali və ya orta ixtisas təhsili.
  • Sürücülük vəsiqəsi: Müvafiq sürücülük vəsiqəsinə (B və C kateqoriyaları) malik olmaq.
  • Təcrübə: Sürücü (xüsusilə rəhbər, şəxsi sürücü və ya korporativ sürücü) kimi minimum 5 il davamlı iş təcrübəsi.
  • Peşəkar biliklər: Azərbaycan Respublikasının Yol Hərəkəti qaydalarını mükəmməl bilmək, avtomobilin texniki xüsusiyyətlərindən anlayışı olmaq. Əmək qanunvericiliyi və müəssisədaxili intizam qaydaları haqqında məlumatlı olmaq.
  • Şəxsi keyfiyyətlər:
  • Məxfilik prinsiplərinə, etik davranış normalarına və korporativ qaydalara ciddi şəkildə əməl etmək.
  • Səbrli, təmkinli, dəqiq və yüksək məsuliyyət hissiyyatına malik olmaq.
  • Səliqəli xarici görünüş və ünsiyyət mədəniyyəti.


Apply Now

Nəzarətçi xanım (Ağdaş)

  • Services
  • Full-time
  • Deadline for Applications: 18 September

· Müəssisədə avtonəqliyyat, işçi, qonaq və digər şəxslərin qeydiyyatdan keçirərək giriş-çıxışını prosedura uyğun təmin etmək

· Mümkün hadisəyə qarşı diqqətli davranmaq, hadisə zamanı hər bir detalın öyrənilməsi və məruzə edilməsi

· Müəssisənin giriş qapıların daimi olaraq nəzarətdə olmasını təmin etmək

· Müşahidə kameraları vasitəsi ilə müəssisənin ərazini perimetr üzrə tam nəzarətdə saxlamaq

·  Müəssisəyə daxil olan və çıxarılan mənşəi, təyinatı, miqdarından asılı olmayaraq bütün mall, məhsul, material v.s.sistem qaiməsi üzrə doğruluğununu yoxlayaraq nəzarət, qeydiyyat işlərin tamamlayaraq aidiyyəti şəxs tərəfindən qəbulunu təmin etmək

· Xüsusi rejim tədbiq olunan və təhlükəli ərazilərə xüsusi icazə olmadan kənar şəxslərin girişinin qarşısın almaq

· Oğurluq, qanunsuz mənimsəmə və istifadə halların qarşısının alınmasını təmin etmək

· Müəssisə daxilində Azərbaycan Respublikası qanunlarının, Şirkətin daxili nizam-intizam və diğər qayda və prosedurlarına əməl olunasını təmin edərək həmin pozulmasının qarşısını almaq

Təhsil; kollec və ya ali təhsilin olması üstünlükdür;

Microsoft Word, Excel və Outlook proqramları üzrə əsas istifadə bacarığı;

Fiziki cəhətdən sağlam və işin tələblərinə uyğun olmaq;

Yüksək məsuliyyət, intizam və diqqətlilik;

Güclü müşahidə və operativ qərarvermə bacarığı;

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

Komandada işləmək və əməkdaşlarla düzgün ünsiyyət qurmaq bacarığı;

İş prosesində yaranan vəziyyətlərə çevik və düzgün reaksiya vermək;

Apply Now

Tərəzi operatoru (Ağdaş)

  • Other
  • Full-time
  • Deadline for Applications: 11 September
  • Daxil olan və xaric olan nəqliyyat vasitələrinin (yük maşınları, vaqonlar və s.) boş və dolu vəziyyətdə çəkilməsi.
  • Materialların və xammalın dəqiq çəki göstəricilərinin avtomatlaşdırılmış sistemdə qeydə alınması.
  • Çəki qəbzlərinin, qaimələrin və təhvil-təslim aktlarının tərtib edilməsi.
  • Çəki məlumatlarının vaxtında və xətasız şəkildə müəssisənin idarəetmə proqramlarına (1C, ERP və ya xüsusi tərəzi proqramı) daxil edilməsi.
  • Günlük, həftəlik və ya aylıq çəki hesabatlarının hazırlanaraq rəhbərliyə və mühasibatlığa təqdim olunması.
  • Məhsulun faktiki çəkisi ilə müşayiətedici sənədlərdəki göstəricilər arasında fərq yarandıqda dərhal cavabdeh şəxslərə məlumat verilməsi.
  • Nəqliyyat vasitələrinin tərəzi platformasına düzgün və təhlükəsiz daxil olmasına nəzarət edilməsi.
  • Tərəzi avadanlıqlarının təmiz, işlək və saz vəziyyətdə saxlanılması.


  • Ali təhsil arzuolunandır.
  • Logistika, anbar, kənd təsərrüfatı və ya istehsalat sahəsində tərəzi operatoru, kimi iş təcrübəsi (üstünlükdür).
  • MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək bacarığı.
  • Yüksək diqqət və dəqiqlik: Rəqəmlərlə və çəki göstəriciləri ilə işləyərkən səhvsiz çalışmaq qabiliyyəti.
  • Dürüstlük və məsuliyyət: Maddi məsuliyyət daşımaq bacarığı və obyektivlik.
  • İntizamlılıq:Növbəli iş qrafikinə və daxili intizam qaydalarına riayət etmək.
  • Stresə davamlılıq:Yük axınının intensiv olduğu saatlarda çevik və nəzakətli davranmaq.


Apply Now

Baytar həkim

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 11 September

"ATS Feed MMC" olaraq müştərilərimiz olan heyvandarlıq təsərrüfatlarına peşəkar dəstək göstərəcək, heyvanların sağlamlığına və qidalanmasına nəzarət edəcək Heyvandarlıq üzrə Baytar Həkim axtarışındayıq. Bu vəzifə ofisdən çox dinamik sahə işini (tez-tez bölgələrə səfərləri) sevən mütəxəssislər üçün nəzərdə tutulub. Namizəd təsərrüfat sahibləri ilə mütəmadi əlaqədə olaraq şirkətimizin məhsullarının effektivliyini izləyəcək, heyvan xəstəliklərinin diaqnostikasından tutmuş yem rasionunun düzgün tərtibinə qədər geniş spektrli praktiki və metodiki rəhbərlik həyata keçirəcək.

Vəzifə Öhdəlikləri:


Monitorinq və Diaqnostika:

  • Təsərrüfatlarda heyvanların sağlamlıq vəziyyətini qiymətləndirmək və mütəmadi monitorinqlər aparmaq.
  • Heyvanlarda xəstəliklərin ilkin əlamətlərini müəyyən etmək, xəstəlik və tələfat hallarının səbəblərinin araşdırılmasında iştirak etmək.
  • Təsərrüfatlarda yaranan baytarlıq problemlərinin operativ şəkildə qiymətləndirilməsi və həlli üçün lazımi tədbirlər görmək.
  • Zəruri hallarda laborator müayinələr üçün nümunələrin götürülməsini və müvafiq araşdırmaların aparılmasını təşkil etmək.


Müalicə, Profilaktika və Yemləməyə Nəzarət:

  • Heyvandarlıq təsərrüfatlarına baytarlıq məsələləri üzrə metodiki və praktiki dəstək göstərmək.
  • Profilaktik tədbirlərin, vaksinasiya və müalicə proseslərinin düzgün aparılmasına dair tövsiyələr vermək.
  • Heyvanların yemlənməsi, rasionu və yem keyfiyyəti ilə bağlı baytarlıq baxımından rəy və tövsiyələr hazırlamaq.
  • İstifadə olunan yemlərin heyvanların sağlamlığına və məhsuldarlığına təsirini müşahidə etmək, nəticələri şirkətə təqdim etmək, şirkət məhsullarının effektiv istifadəsinə dəstək göstərmək.
  • Heyvanların saxlanma şəraiti, gigiyena və bio-təhlükəsizlik qaydalarına riayət olunmasına dair təlimatlandırma aparmaq.


Hesabatlılıq və Ünsiyyət:

  • Təsərrüfat sahibləri və məsul şəxslərlə mütəmadi əlaqə saxlamaq, baytarlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq.
  • Təsərrüfatlarda aşkar edilmiş problemlər və görülmüş tədbirlər barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.
  • Rəhbərliyin tapşırığına uyğun olaraq digər baytarlıq və heyvandarlıqla bağlı işləri yerinə yetirmək.


Namizədə dair Tələblər:

  • Təhsil: Baytarlıq və ya oxşar ixtisas üzrə ali təhsil.
  • Təcrübə: Heyvandarlıq sahəsində, xüsusilə iribuynuzlu mal-qara ilə iş üzrə 3-5 il praktiki təcrübə.
  • Peşəkar Biliklər:
  • Heyvan xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə dərin biliklər.
  • Heyvanların yemlənməsi və rasionlarının qiymətləndirilməsi barədə məlumatlılıq.
  • Baytarlıq preparatları, vaksinlərlə işləmə bacarığı, sanitar-gigiyenik və bio-təhlükəsizlik tələbləri üzrə biliklər.
  • Texniki və Digər Tələblər: "B" kateqoriyalı sürücülük vəsiqəsi (aktiv sürücülük təcrübəsi) və MS Office proqramlarından istifadə bacarığı.
  • Şəxsi Keyfiyyətlər: Təsərrüfatlara səfər etməyə (ezamiyyətlərə) və sahədə işləməyə hazır olmaq, operativ qərarvermə, problem həll etmə, güclü ünsiyyət və komandada işləmək bacarığı.


Apply Now

Fəhlə (İstehsalat - ATS Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 30 September

İstehsalat prosesində buğda emalı nəticəsində əldə olunan un və digər məhsulların müəyyən olunmuş standartlara uyğun şəkildə qablaşdırılması, çəkilməsi, markalanması və anbara təhvil verilməsini təmin etmək. 


  • Hazır məhsulun (un və digər emal məhsullarının) qablaşdırılmasını həyata keçirmək  
  • Qablaşdırılmış məhsulların markalanması və etiketlənməsində iştirak etmək  
  • Paketlənmiş məhsulların anbara və ya yükləmə sahəsinə daşınmasına kömək etmək  
  • Qablaşdırma avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə riayət etmək  
  • Keyfiyyətə nəzarət qaydalarına əməl etmək  
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək  
  • Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək 
  • Dəqiqlik və diqqətlilik  
  • Fiziki tam sağlam
  • Komanda ilə işləmə bacarığı  
  • İstehsalat qaydalarına riayət etmə bacarığı
Apply Now