Mexanizator (Xaçmaz)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 31 October
  • Belarus, Klass və MST texnikalarının idarə edilməsi;
  • Texnikanın gündəlik texniki baxışının aparılması;
  • Yağ, su, yanacaq və texniki mayelərin yoxlanılması;
  • Texnikanın təmiz və saz vəziyyətdə saxlanılması;
  • Yem qarışdırma və paylama prosesinin düzgün aparılması;
  • Tövlələrin, yem sahələrinin və ərazilərin təmizlənməsi;
  • Plan üzrə gündəlik olaraq texnikanın hərəkət hissələrinin yağlanmasının və yanacaq yüklənməsinin təmin edilməsi.
  • Orta təhsil və ya texniki peşə təhsili;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Qoşqulu və aqreqatlı texnikalarla işləmək bacarığı;
  • Kənd təsərrüfatında istifadə olunan maşın və avadanlıqlar haqqında bilik və məlumata sahib olmaq;
  • Kənd təsərrüfatı texnikalarını idarə etmək üçün sürücülük vəsiqəsi;
  • Komanda ilə işləmə bacarığı;
  • Xaçmaz rayonundan olan namizədlərə üstünlük veriləcəkdir.
Apply Now

İstedadlar Bazası (Talent Pool)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 31 December

Hörmətli namizəd,


Agro Dairy-nin Heyvandarlıq biznes istiqamətinə göstərdiyiniz marağa və komandamıza qoşulmaq istəyinizə görə Sizə təşəkkür edirik.


Heyvandarlıq biznes istiqaməti ölkənin kənd təsərrüfatı sektorunda xüsusi çəkiyə malik olmaqla yanaşı, müasir standartlara cavab verən istehsalat mühiti təklif edir. Heyvandarlıq biznesimizə əsasən Qəbələ Aqropark və Yalama Aqropark, həmçinin onların nəzdində fəaliyyət göstərən Xaçmaz və Ağsu təsərrüfatları daxildir.


Kənd təsərrüfatı və heyvandarlıq sahəsinin inkişafına töhfə verə biləcək peşəkarları tanımaq bizim üçün hər zaman önəmlidir. Əgər hazırda profilinizə uyğun aktiv vakansiyamız yoxdursa, lakin gələcəkdə qeyd olunan müəssisələrimizdə komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi məmnuniyyətlə istedadlar bazamıza (Talent Pool) əlavə edə bilərsiniz.


Müraciət edərkən diqqət etməyiniz xahiş olunur: Müraciət zamanı profilinizdəki "Başlıq" (Headline) hissəsinə maraqlandığınız xüsusi sahəni (məsələn: Baytarlıq, Zootexnik, SƏTƏM, Anbardar və s.) və üstünlük verdiyiniz iş yerini (Qəbələ, Yalama, Xaçmaz və ya Ağsu) qeyd etməyiniz profilinizin düzgün kateqoriyalaşdırılması üçün çox faydalıdır.


Gələcəkdə təhsilinizə və peşəkar təcrübənizə uyğun yeni karyera imkanları yarandığı təqdirdə, namizədliyiniz müvafiq işə qəbul prosesi çərçivəsində ilk olaraq bu baza üzərindən dəyərləndiriləcək və bu barədə Sizə məlumat veriləcəkdir.


Karyera yolunuzda uğurlar arzu edirik!

Heyvandarlıq biznes istiqamətində fəaliyyət göstərən vəzifələr:


  • Anbardar
  • Direktor köməkçisi
  • Logistika üzrə mütəxəssis
  • Sürücü
  • Heyvandarlıq üzrə təcrübəçi
  • Sürü idarəetmə üzrə mütəxəssis
  • Traktor sürücüsü
  • Xadimə
  • Zootexnik
  • Aqronom
  • Briqadir
  • Mexanik
  • Qaraj texniki
  • Təmirçi çilingər
  • Operator
  • İT üzrə mütəxəssis
  • Mühasib
  • İR təcrübəçi
  • İR üzrə mütəxəssis
  • SƏTƏM üzrə mütəxəssis
  • Hüquqşunas
  • Ekskavator sürücüsü
  • Qaynaqçı
  • Elektrik mühəndisi
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis
  • Satınalma üzrə mütəxəssis
  • Mühafizə
  • Aşpaz
  • Bağban
  • Elektrik
  • Fəhlə
  • Feldşer
  • İnzibati işləri üzrə mütəxəssis
  • Fəhlə (Ferma ərazisində çalışan)
  • Baytar
  • Baytarlıq və Zootexnik üzrə təcrübəçi
  • Süni mayalanma üzrə mütəxəssis
Apply Now

Satınalma üzrə kiçik mütəxəssis (Yalama Aqropark)

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 07 November

"Yalama Agropark MMC" olaraq təchizat komandamıza qoşulacaq, detallara diqqətli, rəqəmlərlə işləməyi sevən və inkişafa meyilli Satınalma üzrə Kiçik Mütəxəssis axtarırıq.


Bu vəzifə satınalma və təchizat zənciri sahəsində karyerasına uğurlu bir başlanğıc etmək istəyən gənc istedadlar üçün ideal fürsətdir. Siz şöbənin gündəlik əməliyyatlarına dəstək göstərəcək, təchizatçılarla ilkin kommunikasiyanı quracaq və daxili proseslərin düzgün işləməsinə öz töhfənizi verəcəksiniz. Əgər dinamik komandada öyrənməyə açıqsınızsa və analitik düşüncə tərzinə maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Əsas Vəzifə Öhdəlikləri:


Sorğuların İdarəedilməsi və Təhlil:

  • Daxili strukturlardan daxil olan mal və xidmətlər üzrə satınalma sorğularının (PR - Purchase Requisition) qəbulu, yoxlanılması və icraya hazırlanması.
  • Bazarın araşdırılması və potensial təchizatçılardan qiymət təkliflərinin (RFQ - Request for Quotation) toplanması.
  • Daxil olan qiymət təkliflərinin dəqiqliklə müqayisə edilməsi və rəhbərlik üçün ilkin müqayisə cədvəllərinin hazırlanması.
  • Satınalma sifarişlərinin (PO - Purchase Order) hazırlanmasına və icra prosesinin izlənməsinə birbaşa dəstək göstərilməsi.


Koordinasiya və Əməliyyatlara Dəstək:

  • Təchizatçılarla operativ yazılı (e-poçt) və şifahi (telefon) kommunikasiyanın aparılması.
  • Çatdırılma prosesinə nəzarət edilməsi və mümkün gecikmələrlə bağlı qrup rəhbərinə dərhal məlumat verilməsi.
  • Daxili sifarişçilər, mühasibatlıq və anbar şöbələri ilə işin rəvan gedişatını təmin etmək üçün mütəmadi koordinasiyanın qurulması.
  • Satınalma proseslərinin daxili prosedur və qaydalara tam uyğun şəkildə həyata keçirilməsinə nəzarət.


Sənədləşmə və Baza İdarəetməsi:

  • Təhvil-təslim, qaimə və digər sənədlərin vaxtında ödəniş üçün mühasibatlığa təqdim olunması.
  • Müqavilə sənədlərinin və satınalma fayllarının nizamlı şəkildə arxivləşdirilməsi.
  • Kateqoriyalar üzrə təchizatçı məlumat bazasının (Vendor List) mütəmadi olaraq yenilənməsi.


Namizədə dair Tələblər:


Təhsil və Baza Bilikləri:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqədar sahələr üzrə olması üstünlükdür).
  • Riyazi və Məntiqi savadlılıq: Rəqəmlərlə işləmə, sadə riyazi hesablamalar apara bilmə və analitik düşünmə qabiliyyətinin olması üstünlükdür (müqayisə cədvəllərinin tərtibi üçün mütləqdir).


Texniki və Dil Bilikləri:

  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel və Outlook) proqramlarında sərbəst işləmə bacarığı.
  • Dillər: Azərbaycan dilində səlis və savadlı (yazılı/şifahi) ünsiyyət; Rus və/və ya İngilis dillərini bilmək üstünlükdür.


Şəxsi Keyfiyyətlər və Digər Tələblər:

  • Yüksək öyrənmə həvəsi və komandada işləmə bacarığı.
  • İşgüzar yazışma aparmaq qabiliyyəti və detallara qarşı xüsusi diqqət.
  • Sürücülük vəsiqəsinin olması əlavə üstünlük kimi dəyərləndiriləcək.
Apply Now

Sağıcı

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 25 October
  • Sağmal inəklərin zootexniki qaydalara uyğun sağımını həyata keçirmək;
  • Sağılan inəklərin sağıma hazırlanması və düzgün sağımına nəzarət etmək;
  • Sağım avadalıqlarına texniki qulluq etmək;
  • İşində əmək və texnmiki təhlükəsizlik qaydalarına, sanitar gigiyenik qaydalar ciddi riayət etmək.
  • İntizamlı və məsuliyyətli olmalı;
  • Növbəli rejimdə işləməyi bacarmalı;
  • Sağım avadanlıqlarından istifadə bacarığı;
  • Sanitar-gigiyenik qaydaları bilməli;
  • Fiziki işə uyğunluq;
  • Məsuliyyətlilik və diqqətlilik;
  • Komandada işləmək bacarığı.
Apply Now

Əkinçilik fəhləsi

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 31 October
  • Toxum, gübrə, bitki mühafizə vasitələri və sifariş olunmuş digər malların boşaldılması və anbara yerləşdirilməsini həyata keçirir;
  • Əkin sahələrində traktorçu mexanizatorlara toxum, gübrə və digər aidiyyatı maddələrin çatdırılması və boşaldılmasını təmin etmək;
  • Əkin sahələrinin suvarılmasını təmin etmək;
  • Suvarma kanallarının kol və digər alaq otlarından təmizləmək.
  • Fiziki işlərə uyğunluq;
  • Əl alətlərindən istifadə bacarığı;
  • Məsuliyyətlilik və intizamlılıq;
  • Komandada işləmək bacarığı;
  • Açıq havada işləmək qabiliyyəti;
  • Kənd təsərrüfatı sahəsində iş təcrübəsi arzuolunandır.


Apply Now

Aqronom-Qəbələ Aqropark/Ağsu təsərrüfatı

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 31 October
  • Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
  • Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
  • Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
  • Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.
  • Aqronomiya və ya müvafiq sahə üzrə ali təhsil;
  • Aqronom və ya Kiçik Aqronom vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
  • Operativ, məsuliyyətli və diqqətli olmaq;
  • Komandada effektiv işləmək bacarığı;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi.

Əlavə qeyd:

  • İş yerinə nəqliyyat ilə təminat;
  • Yerləşmə (yaşayış) ilə təminat.


Apply Now