Mexanizator

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 27 Sentyabr
  • Təsərrüfatda istifadə olunan kənd təsərrüfatı texnikalarını, o cümlədən MTZ 1221, MTZ 89, MTZ 82, New Holland T7060 və Massey Ferguson markalı traktorları idarə etmək;
  • Müasir səpin, torpağın hazırlanması və becərilməsi aqreqatları, həmçinin dərman çiləyiciləri ilə işləmək;
  • Aqrotexniki tələblərə uyğun olaraq sahə işlərini düzgün və keyfiyyətlə yerinə yetirmək;
  • Texnikanın gündəlik texniki vəziyyətinə nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat vermək;
  • Texnika və aqreqatların düzgün istismarını və təhlükəsiz istifadəsini təmin etmək;
  • Verilmiş gündəlik və mövsümi tapşırıqları müəyyən edilmiş müddətdə və keyfiyyətlə yerinə yetirmək;
  • İş zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Yanacaq, sürtkü materialları və digər resurslardan səmərəli istifadə etmək;
  • Texnikanın iş saatları, görülmüş işlər və yanacaq sərfiyyatı barədə tələb olunan məlumatları vaxtında təqdim etmək;
  • Texnikanın işə başlamazdan əvvəl və iş başa çatdıqdan sonra yoxlanılmasını həyata keçirmək;
  • Sahədə texnikanın düzgün və təhlükəsiz istismarını təmin etmək;
  • Mövsümi və intensiv kənd təsərrüfatı işləri zamanı müəyyən edilmiş iş qrafikinə uyğun çalışmaq.
  • Müvafiq kənd təsərrüfatı texnikaları üzrə iş təcrübəsinin olması;
  • MTZ 1221, MTZ 89, MTZ 82, New Holland T7060 və Massey Ferguson markalı traktorları idarə etmək və onlarla işləmək bacarığı;
  • Müasir səpin aqreqatları, torpağın becərilməsi və hazırlanması üçün aqreqatlar, həmçinin dərman çiləyiciləri ilə işləmək bacarığı;
  • Kənd təsərrüfatı texnikalarının düzgün istismarı və aqrotexniki tələblərə uyğun işlərin yerinə yetirilməsi üzrə praktiki biliklər;
  • Texnikanın gündəlik texniki vəziyyətinə nəzarət etmək, yaranan nasazlıqlar barədə vaxtında məlumat vermək;
  • Aqrotexniki işlərin düzgün, keyfiyyətli və təlimatlara uyğun yerinə yetirilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Mövsümi və intensiv iş rejimində işləməyə hazır olmaq;
  • Kənd təsərrüfatı sahələrində işləməyə hazır olmaq;
  • Sürücülük vəsiqəsinin T, TK, TT, H kateqoriyalarının olması vacibdir;
  • HT və HK kateqoriyalarının olması arzuolunandır.
Müraciət et

Mexanizator (Xaçmaz)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 27 Sentyabr
  • Belarus, Klass və MST texnikalarının idarə edilməsi;
  • Texnikanın gündəlik texniki baxışının aparılması;
  • Yağ, su, yanacaq və texniki mayelərin yoxlanılması;
  • Texnikanın təmiz və saz vəziyyətdə saxlanılması;
  • Yem qarışdırma və paylama prosesinin düzgün aparılması;
  • Tövlələrin, yem sahələrinin və ərazilərin təmizlənməsi;
  • Plan üzrə gündəlik olaraq texnikanın hərəkət hissələrinin yağlanmasının və yanacaq yüklənməsinin təmin edilməsi.
  • Orta təhsil və ya texniki peşə təhsili;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Qoşqulu və aqreqatlı texnikalarla işləmək bacarığı;
  • Kənd təsərrüfatında istifadə olunan maşın və avadanlıqlar haqqında bilik və məlumata sahib olmaq;
  • Kənd təsərrüfatı texnikalarını idarə etmək üçün sürücülük vəsiqəsi;
  • Komanda ilə işləmə bacarığı;
  • Xaçmaz rayonundan olan namizədlərə üstünlük veriləcəkdir.
Müraciət et

Aqronom-Qəbələ Aqropark/Ağsu təsərrüfatı

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 10 Sentyabr
  • Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
  • Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
  • Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
  • Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.
  • Aqronomiya və ya müvafiq sahə üzrə ali təhsil;
  • Aqronom və ya Kiçik Aqronom vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
  • Operativ, məsuliyyətli və diqqətli olmaq;
  • Komandada effektiv işləmək bacarığı;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi.

Əlavə qeyd:

  • İş yerinə nəqliyyat ilə təminat;
  • Yerləşmə (yaşayış) ilə təminat.


Müraciət et

Anbardar köməkçisi

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 20 Sentyabr
  • Anbara daxil olan malların qəbulunda anbardarın göstərişi ilə iştirak etmək;
  • Qəbul olunan malların sayının və vəziyyətinin yoxlanılmasına kömək etmək;
  • Təyin olunmuş sənədlərlə malın uyğunluğunu yoxlamaq (qaimə, faktura və s.);
  • Malların anbarda düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə kömək etmək;
  • Anbar inventarizasiyası (sayım) zamanı anbardara dəstək olmaq;
  • Anbarın təmiz, səliqəli və təhlükəsiz saxlanılmasına kömək etmək;
  • Anbardar tərəfindən aparılan sənədləşmələrdə texniki köməklik göstərmək;
  • Mal qalığı, qəbul və çıxarış qeydiyyatına dair ilkin məlumatları hazırlamaq;
  • Anbardarın birbaşa göstərişlərini vaxtında və düzgün yerinə yetirmək.
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi 1 ilədək;
  • MS Office proqramları üzrə biliklər;
  • Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, məsuliyyətli olmalı;
  • Komandada işləmə bacarığına sahib olmalı;
  • Xudat və ya yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir.
Müraciət et

İnzibati fəhlə (Xaçmaz)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 23 Sentyabr
  • Müəssisə ərazisində və struktur bölmələrində (tövlə, anbar və digər sahələrdə) yardımçı və köməkçi işləri yerinə yetirmək;
  • Müəssisə ərazisində, tikili və obyektlərdə təmizlik işlərinin aparılmasını təmin etmək;
  • Tələbata uyğun olaraq istifadəsində olan avadanlıq və vasitələrdən istifadə etməklə tikinti materiallarının, inventarların və digər ləvazimatların daşınmasını həyata keçirmək;
  • Müəssisə ərazisində toplanmış zibil və tullantıların müəyyən edilmiş yerlərə daşınmasını təmin etmək;
  • Mövsümi dövrlərdə müəssisə ərazisində ot biçini və digər abadlıq işlərini həyata keçirmək;
  • Tikinti-quraşdırma, santexnika, elektrik və qaynaq işlərinin icrasında iş icraçısına köməkçi kimi dəstək göstərmək;
  • İş zamanı istifadə olunan alət, avadanlıq və inventarlardan təyinatına uyğun və təhlükəsizlik qaydalarına riayət etməklə istifadə etmək.
  • Məsuliyyətli olmalı;
  • Komanda ilə işləmək bacarığına sahib olmalı;
  • Xaçmaz rayonu və ya yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir.
Müraciət et

Baytar təcrübəçi (Qəbələ Aqropark)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 11 Sentyabr

Qəbələ Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Baytar Həkim ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Müalicə və Profilaktika: Təsərrüfat üzrə epizotik xəstəliklərə qarşı vaksinasiya planının icrası, xəstə heyvanların aşkarlanması və təyin edilmiş metodla müalicə-profilaktika işlərinin aparılması.
  • Doğuş və Çoxalma: Doğuş proseslərinə müdaxilə, doğuş sonrası müalicə, heyvanlarda boğazlığın müayinəsi, süni mayalanma və təbii cütləşmə proqramlarının icrasına nəzarət.
  • Buzovlara Qulluq: Buzovların müayinəsi, müalicəsi, buynuzsuzlaşdırılması; onların südlənməsi, yemlənməsi və altlıqların təmizliyi/dezinfeksiyası proseslərinə nəzarət.
  • Sanitariya və Nəzarət: Heyvanlar saxlanılan binalarda dezinfeksiya işlərinin təşkili, tələf olan heyvanlardan analiz materiallarının götürülməsi və məhv edilməsinə nəzarət, karantin tədbirlərinin icrası.
  • Uçot və Sənədləşmə: Baytarlıq preparatlarının sifarişi, dərmanların saxlanılması və istifadəsinə nəzarət, müvafiq qeydiyyat jurnallarında uçot-hesabat işlərinin aparılması.


Namizədə dair Tələblər:

  • Təhsil: Baytarlıq təbabəti üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: Karyerasını bu sahədə davam etdirməyə yüksək həvəs, potensial inkişafa meyillilik və gərgin iş rejimində öyrənmək istəyi.


Müraciət et

Zootexnik təcrübəçi (Qəbələ Aqropark)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 11 Sentyabr

Qəbələ Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Zootexnik ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Yemləmə və Rasion İdarəetməsi: Yemləmə proqramı əsasında gündəlik yemləmənin təşkili, heyvanların qruplaşdırılmasına uyğun rasionun hazırlanması və yem paylayan maşınların iş qrafikinə nəzarət.
  • Keyfiyyətə Nəzarət: Ot anbarı, silos quyularına gündəlik baxış; qəbul olunan ot, silos və hazır yemlərin, eləcə də əkinçilikdən gələn məhsulların keyfiyyətinin yoxlanılması.
  • Analiz və Hesabatlılıq: Süd, yem və peyin analizlərinin müntəzəm həyata keçirilməsi, yem və sürü məlumatlarının toplanaraq zootexniki hesabatların hazırlanması.
  • Sürü İdarəetməsi və İstehsalat: Heyvanların düzgün bəslənməsi, qruplaşdırılması, sağım prosesinin və satışa gedən südün yüklənməsinin təşkili, sürü üzrə seleksiya işlərinin planlaşdırılması.
  • Komanda və İnfrastrukturla İş: Tövlə işçilərinə gündəlik təlimatların verilməsi, heyətin davamiyyətinin yoxlanılması, tövlədaxili avadanlıqların sazlığına və ərazinin təmizliyinə nəzarət.


Namizədə dair Tələblər:


  • Təhsil: Zootexnika və ya əlaqədar kənd təsərrüfatı ixtisasları üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: İstehsalat mühitinə tez adaptasiya olma bacarığı, rəqəmlərlə və proqramlarla işləmək marağı, komanda işinə meyillilik və bu sahədə peşəkar kimi yetişmək həvəsi.
Müraciət et