“Agro Dairy” Caspian Agro Week 2026-də təmsil olunub
5–8 may 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu – Caspian Agro Week 2026 çərçivəsində “Agro Dairy” iştirak edib.
Sərgi və forum ərzində şirkətin nümayəndələri aqro-qida sektorunun yerli və beynəlxalq tərəfdaşları ilə görüşlər keçirərək sənayenin aktual inkişaf istiqamətləri, innovativ həllər və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıblar.
Tədbirin son günündə təşkil olunan panel sessiyaları və B2B görüşləri təcrübə mübadiləsi, peşəkar dialoqun genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi üçün əlverişli platforma yaradıb.
“Agro Dairy” üçün Caspian Agro Week aqro-qida dəyər zəncirində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və sektorda innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətli platformalardan biri kimi qiymətləndirilir.
