Xəbər

Prezident İlham Əliyev Agro Dairy-nin Caspian Agro Week 2026 sərgisindəki stendini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – Caspian Agro Week və InterFood Azerbaijan sərgiləri çərçivəsində Agro Dairy şirkətinin stendini ziyarət ediblər.
Ziyarət zamanı qonaqlara Agro Dairy-nin aqro-qida sektorunda həyata keçirdiyi fəaliyyət istiqamətləri, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və aqrar sektorun dayanıqlı inkişafına verdiyi töhfə barədə ətraflı məlumat təqdim olunub.
Bununla yanaşı, şirkətin "torpaqdan süfrəyədək" prinsipi əsasında formalaşdırdığı inteqrasiya olunmuş aqro-qida dəyər zənciri, müasir istehsal və emal imkanları, eləcə də innovasiya və dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslər təqdim edilib.
Agro Dairy-nin Caspian Agro Week və InterFood Azerbaijan sərgilərində iştirakı şirkətin aqro-qida sektorunda strateji mövqeyini, dayanıqlı inkişaf prioritetlərini və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş fəaliyyətini nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyıb.