Xəbər

“Agro Dairy” şirkətinin baş icraçı direktoru Niyazi Əmirbəyov Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransında çıxış edib

“Agro Dairy” şirkətinin baş icraçı direktoru Niyazi Əmirbəyov Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025 çərçivəsində keçirilən “Alman təcrübəsi və yerli tərəfdaşlıqlar: maliyyələşmə və texnoloji əməkdaşlıq” adlı panel müzakirəsində panelist qismində çıxış edib.
Tədbir zamanı Almaniya və Azərbaycan arasında kənd təsərrüfatı, texnologiya və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də innovativ maliyyə alətləri vasitəsilə yaşıl iqtisadiyyatın inkişafı məsələləri müzakirə olunub.
Niyazi Əmirbəyov çıxışında “Agro Dairy”nin aqrar sektorda müasir texnologiyaların tətbiqi və resursların səmərəli idarə olunması istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin Alman şirkətləri ilə əməkdaşlığın yerli aqrar sektorun maliyyə dayanıqlığını və innovativ potensialını gücləndirəcəyini vurğulayıb.