Niyazi Əmirbəyov ADAU-da “Azərbaycanın Gənc Aqro Liderləri” təqaüd proqramının iştirakçıları ilə görüşüb
“Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri, “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin sədri Niyazi Əmirbəyov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanın Gənc Aqro Liderləri” təqaüd proqramına seçilən tələbələrlə görüş keçirib.
Görüş zamanı proqram iştirakçılarının əldə etdikləri yüksək akademik nailiyyətlər qeyd olunub və aqrar sektorun Azərbaycanın strateji inkişaf istiqamətlərindən biri olduğu vurğulanıb. Bildirilib ki, sahənin gələcək inkişafı bilikli, motivasiyalı və məqsədyönlü gənclərin peşəkar hazırlığı və fəal iştirakı ilə mümkün olacaq.
Görüş çərçivəsində gənclərin peşəkar inkişafının dəstəklənməsi, universitet–sənaye əməkdaşlığının əhəmiyyəti və aqro-qida sektorunda karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Agro Dairy gənc mütəxəssislərin inkişafını dayanıqlı aqro-qida sektorunun formalaşmasının əsas prioritetlərindən biri hesab edir və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin dəstəklənməsinə davam edir.
