Niyazi Əmirbəyov “AmCham Azərbaycan”ın İdarə Heyətinin üzvü seçilib
Agro Dairy şirkətinin İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov “AmCham Azərbaycan”ın İllik Ümumi Yığıncağında keçirilən seçkilərin nəticələrinə əsasən, 2026–2028-ci illər üzrə İdarə Heyətinin üzvü seçilib.
Yeni formalaşan İdarə Heyətinin fəaliyyətinin Azərbaycanda biznes mühitinin inkişafına, dövlət–özəl sektor əməkdaşlığının daha da gücləndirilməsinə və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Bu təyinat Niyazi Əmirbəyovun ölkənin biznes icmasının inkişafına, sahibkarlıq mühitinin təkmilləşdirilməsinə və özəl sektorun maraqlarının təmsil olunmasına yönəlmiş fəaliyyətinə göstərilən etimadın göstəricisidir.
